Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

MEMAR.today saytı xəbər verir ki, sentyabrın 20-i Baş nazir Əli Əsədov bu barədə Nazirlər Kabinetinin Qərarını imzalayıb.

2015-ci ildə Nazirlər Kabinetin qərarı ilə təsdiq edilmiş qaydaların məzmununa əlavə edilən yeni dəyişikliyə görə “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlan-dırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na aşağıdakı bənd əlavə olunur.

“1.4-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur.”.

Qeyd edək ki, bu yeni Qərar “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” 1143-VIQ nömrəli qanunun icrasını təmin etmək məqsədi daşıyır.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.