Çinin paytaxtı Pekində Qlobal Dayanıqlı Nəqliyyat Forumu işə başlayıb.
MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: dünyanı birləşdirən logistika” mövzusunda keçirilən forumda plenar iclaslar, nazirlər forumu və müxtəlif mövzularda müzakirələr daxil olmaqla geniş gündəm təqdim olunur. Tədbirin məqsədi qlobal nəqliyyat əməkdaşlığının inkişafı, habelə təhlükəsiz, səmərəli, ekoloji cəhətdən təmiz, inklüziv və dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün yüksək səviyyəli platforma təmin etməkdir.
Müxtəlif ölkə rəsmilərinin, nəqliyyat nazirlərinin, beynəlxalq təşkilatların və iri nəqliyyat-logistika şirkətləri rəhbərlərinin, ekspertlərin iştirak etdiyi foruma Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Bu haqda nə düşünürsən?