Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 11 oktyabr 2024-cü il tarixində Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayon sakinlərini qəbul edəcək.

MEMAR.today saytı xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlində bu barədə məlumat yer alıb.

Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Bərdə şəhərində baş tutacaq.

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin http://www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.