“Beynəlxalq dəniz günü” ilə əlaqədar ölkəmizdə sentyabr ayının son həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur. Xəzər həftəsi çərçivəsində 28 sentyabr tarixində Abşeron Milli Parkında maraqlı və interaktiv tədbir təşkil olunacaq.

MEMAR.today saytı ETSN-yə istinad edərək xəbər verir ki, festival çərçivəsində təlimlər, veloyürüş, master klasslar keçiriləcək, müxtəlif interaktiv oyunlar təşkil olunacaq.

Həftə sonunu dəniz sahilində müxtəlif oyunlar oynayaraq, canlı musiqiyə qulaq asaraq, velosiped sürərək, çərpələng uçuraraq rəngarəng və əyləncəli keçirmək istəyən böyükdən kiçiyə hər kəs milli parka dəvətlidir.

– Abşeron Milli Parkı

– 12:00-15:00

– 28 sentyabr


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.