İqlim dəyişikliyinə dayanıqlı şəhərsalma Azərbaycan üçün vacib sahələrdən biridir. “Bakı şəhərinin Baş Planı 2040” Azərbaycanın inkişafı üçün bir nümunə kimi göstərilir. Bu, çoxmərkəzli dayanıqlı komponentləri özündə ehtiva edən bir modeldir və təbii, tarixi arxitektura qorunur.
MEMAR.today saytı “AZƏRTAC” istinad edərək xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Şəhər Konteksti – Qurulmuş Ətraf Mühit, Risk və Davamlılıq” mövzusunda panel sessiyada deyib.
“Şəhərləri elə dizayn etməliyik ki, təkcə bu zamanın deyil, gələcəyin dayanıqlı şəhərləri olmalıdır”, – deyə A.Quliyev bildirib.
O, yaşıl binaları eyni zamanda, bərpaolunan enerjinin təbliğini bütün şəhərsalma strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirib. COP29-da bu haqda müzakirələr aparılacağını qeyd edib.
Onun sözlərinə görə IFC ilə birlikdə yaşıl bina təşəbbüsünə başlanılıb. Hətta bir sıra tikinti şirkətləri yaxın gələcəkdə öz tikinti təcrübələrində lazım olan tədbirləri həyata keçirəcəklərinə dair öhdəlik də götürüblər.
Bu haqda nə düşünürsən?