Çexiyanın paytaxtında bu gündən etibarən Mərkəzi Avropanın ən böyük dizayn sərgisi olan “Dizaynblok” öz qapılarını açır.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, sərginin stendləri Praqa qalasının Maneji binasında, həmçinin Praqa Muzeyi və İncəsənət və Sənaye Muzeyində yerləşəcək. 26-cı “Dizaynblok-2024” sərgisinin mövzusu gənclər və onlara aid olan bütün məsələlərdir.

Ziyarətçiləri 200-dən çox rəssam-dizayner, studiya və brendin işləri ilə tanışlıq gözləyir. Sərgi proqramına eksperimental layihələrin təqdimatları, şoular, mühazirələr və müzakirələr də daxildir.

Xatırladaq ki, ötən il sərgini 40 mindən çox insan ziyarət edib. Builki tədbir oktyabrın 6-dək davam edəcək və ziyarətçilərin sayına görə onun ötənilki rekordu qıracağı gözlənilir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.