OECD ölkələrinin elektrik enerjisi istehsalında kömürün həcmi 2007-ci ildə pik səviyyədən 52% azalıb. 3 balaca ölkədə heç vaxt olmayıb. 11 ölkə isə bu vaxt ərzində kömür elektrik stansiyalarını tam dayandırıb. 38 ölkədən yerdə qalan 24 ölkə əksəriyyəti ciddi azalmaya nail olub. Kömürdən elektrik enerjisi istehsalını artıran yeganə OECD ölkəsi isə bizim dostumuz Türkiyə olub. Eləbil OECD ölkələrinin üz qarasıdır. ya da təsadüfən düşüb ora.
MEMAR.today saytı xəbər verir ki, barədə bu fikirləri EMBER beyin mərkəzinin hesabatına istinad edən ekoaktivist qrup, “Ecofront” rəsmi sosial şəbəkə hesabından paylaşıb.
“Ecofront” daha sonra statistik göstəriciləri belə şərh edir: “Ümumiyyətlə Avropa ölkələri bir bir kömürdən imtinanı tamamladıqca həmin ölkələrdə enerji keçidinin bütün yükü qazın üstünə düşür. Yəni keçid ardıcıl getmir. Fərqlənən sürətlə paralel gedir. Bütün Avropa kömürdən qurtulandan sonra qaza tələbat azalacaq söhbəti olmur. Neft qaz sənayesinin qazı keçid yanacağı kimi sırımaq cəhdləri də boşa çıxır. Məsələn OECD ölkələrinin azaltdığı 52% kömür enerjisi həcminin 87%-i külək və günəş enerjisi ilə əvəzlənib.
Türkiyə heç, özündə kömür var, idxal qazdan asılılığı azaltmaq üçün kömürdən bərk yapışıb. Kömürdən imtinada yavaş hərəkət edən digər ölkələr Cənubi Koreya və Yaponiyadır. Polşa son illər sürətlənib.
Nəysə deməyim odur ki, nə qədər ki, kömür tam ölməyib. Neft qazdan asılılığımızı azaldaq yoxsa hər keçən il keçid daha da sürətli olacaq.”
Bu haqda nə düşünürsən?