2024-cü ilin yanvar-sentyabr aylarında Fondun vəsaiti hesabına 365,6 milyon manat ipoteka krediti verilib. Onun 66,5 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edib.

MEMAR.today saytı xəbər verir ki bu barədə İpoteka və Kredit Zəmanət Fondu oktyabrın 3-də hesabat yayımlayıb.

Hesabata görə ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.

2024-cü ilin ötən dövründə verilmiş ipoteka kreditlərinin orta məbləği 94 683 manat təşkil edib.

Ümumilikdə indiyədək Fondun vəsaiti hesabına 3,2 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 51 710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Bu kreditlərin 931 milyon manatdan çoxu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1 oktyabr 2024-cü il tarixinə Fond tərəfindən 92,9 milyon manat məbləğində 1077 ipoteka krediti üzrə zəmanət verilib.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.