Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müşavirəsində ipoteka kreditlərinin məbləğlərinin artırılması ilə bağlı qərar alınıb.
MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə müşavirədə “Naxçıvan İpoteka Fondu” ASC-yə bir sıra tapşırıqlar verilərək gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar adi ipoteka və güzəştli ipoteka kreditlərinin məbləğlərində dəyişklik edilməsi, məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılması müəyyən edilib.
Məlumat üçün bildirək ki, bununla əlaqədar olaraq “Naxçıvan İpoteka Fondu” ASC artıq oktyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması məqsədilə ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğini artıraraq 8 faizli ipoteka krediti 150 min manata, 4 faizli ipoteka krediti isə 100 min manata çatdırılıb. Gənc ailələr fondun müvəkkil bankları ilə əlaqə saxlayıb maksimal məbləğdə ipoteka kreditlərindən yararlana biləcəklər.
Qeyd edək ki, kreditlərin ayrılması üçün “Naxçıvan İpoteka Fondu” ASC-yə tələb olunan miqdarda vəsait ayrılıb.
Bu haqda nə düşünürsən?