Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
MEMAR.today saytı xəbər verir ki, səfər işğaldan azad olunmuş ərazilərdə gedən bərpa-quruculuq işləri ilə tanışlıqdan başlayıb. Prezidentin xanımı ilə baş çəkdiyi yerlərin siyahısını oxucularımıza təqdim edirik.
- Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanışlıq
- Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışı
- Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlqoyma mərasimi
- Cəbrayıl rayonunda damazlıq yumurta istehsalı fabrikinin təməlqoyma mərasimi
- Cəbrayıl rayonunda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimi
- Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimi
- Cəbrayıl rayonunda “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimi
- Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı
- Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri
- Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanışlıq
- Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq
- Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı
Bu haqda nə düşünürsən?