Bugün Milli Məclisin iclasında bələdiyyələrə qrant verilməsinin hüquqi əsaslarını yaradan və tənzimləyən qanun layihəsinə baxılıb.

MEMAR.today saytı xəbər verir ki, oktyabrın 4-də VII çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

“Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Bununla birlikdə daha 14 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bildirilib ki, sənəddə qarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, komitənin profilinə aid məsələlərlə bağlı ictimai dinləmələrin, müzakirələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə üzvləri Əli Məsimli, Ziyad Səmədzadə, Aydın Hüseynov, Heydər Əsədov, Müşfiq Cəfərov çıxış edib, sənədlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Deputatlar komitənin 2024-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyib, müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.