Bugün Milli Məclisdə bələdiyyələrlə bağlı təklif olunan iki qanun layihəsinə baxılıb.

MEMAR.today saytı xəbər verir ki, oktyabrın 4-də VII çağırış Milli Məclisin Regional məsələlər komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, qanun layihəsinin məqsədi bələdiyyələrin fəaliyyətini daha da təkmilləşdirmək, onların müstəqilliyini artırmaq və vətəndaşların yerli idarəetmə sisteminə inamını gücləndirməkdir. Həmçinin bələdiyyələrin inzibati nəzarət çərçivəsində daha effektiv fəaliyyət göstərmələrinin vacibliyi vurğulanıb. Qanun layihəsində nəzərdə tutulan dəyişikliyin bələdiyyələrin resurslardan daha səmərəli istifadə etməsinə imkan yaradacağı qeyd olunub. Eyni zamanda, bələdiyyələrin fəaliyyətinin şəffaflığının artırılması və vətəndaşların iştirakının genişləndirilməsi istiqamətində atılacaq addımların əhəmiyyəti diqqətə çatdırılıb.

Müzakirələr zamanı deputatlar təqdim olunan sənədlərlə bağlı fikirlərini və qeydlərini açıqlayıblar. Eyni zamanda, bələdiyyələrin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün konkret təkliflər irəli sürülüb.

Müzakirələrdən sonra komitənin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihəsi isə ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.