Milli Məclis Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi layihəsini ilk oxunuşda təsdiqləyib

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında müvafiq qanun layihəsi parlamentin oktyabrın 8-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihədə Məcəlləyə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Bu dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.

Təklif olunan dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.