Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti uzadılır.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin 2025-ci il yanvarın 1-dək daha iki il uzadılmasını nəzərdə tutur.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.