Bu yaxınlarda Qarabağ Dirçəliş Fondu tərəfindən Füzuli Mərkəzi Parkında tikinti işlərinə başlanılacaq. Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən Füzuli Memorial Parkı, İşğal və Zəfər muzeyləri üçün dövlət satınalma prosedurlarına start veriləcək.

MEMAR.today saytı xəbər verir ki, bu sözləri “AZƏRTAC”a açıqlamasında Füzuli Şəhəri Günündə iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən danışan E.Hüseynov, həmçinin bildirib ki, paralel olaraq, Dövlətyarlı kəndinin, yəni ikinci “ağıllı kənd”in də inşasına start veriləcək. Pirəhmədli kəndində isə torpaq işləri artıq yekunlaşıb.

Gələn ilin sentyabr-oktyabr aylarında Ağdam şəhərinə əhalinin köçürülməsi nəzərdə tutulur.

“Ağdamda dörd kənd tikilməkdədir. Bu ilin sonuna qədər Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə əhalinin bir hissəsinin köçürülməsi nəzərdə tutulur. Qərvənd kəndi də üçüncü “ağıllı kənd” olaraq slovakiyalı mütəxəssislər tərəfindən layihələndirilib. Bu yaxınlarda Prezidentimiz Eyvazxanbəyli kəndinin təməlini qoydu və burada layihələndirmə işləri yekunlaşmaq üzrədir”, – deyə E.Hüseynov qeyd edib ki, Ağdam şəhərində də genişmiqyaslı işlər aparılır. O deyib: “Beş yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Hazırda ikinci mərhələdə tikinti işlərinə başlanılıb. Yaxın zamanlarda dördüncü və beşinci mərhələlərdə tikinti işlərinə başlanılacaq. Hesab edirəm ki, bütün bu işlər qrafikə əsasən vaxtında icra olunacaq”.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.