Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Koreyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüş Elm və Təhsil Nazirliyinin tabeliyində olan Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə baş tutub.

MEMAR.today saytı xəbər verir ki, ali təhsil müəssisəsininin məlumatına görə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova koreyalı qonaqları qəbul edərək universitet haqqında məlumat verib və birgə əməkdaşlıq perspektivlərindən söhbət açıb.

Görüşdə Deltatech – KOREA şirkətinin rəhbəri Seong Ho Lee, Seul Milli Elm və Texnologiya Universitetinin professoru Con Şim, Seul Milli Universitetinin professoru Youngtack Shim, Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov iştirak edib.

Tərəflər Koreya memarlığı və inşaat  sektorunda əldə olunan texnoloji həllər, bu həllərdən AzMİU-nun yararlanma imkanları ilə bağlı müzakirələr aparıb.

Koreya universitetləri ilə gələcək birgə layihələrin icrası və görüşdə iştirak edən qurumların vasitəçi qismində əməkdaşlığa cəlb edilməsi kimi vacib nüanslara  toxunublar.                  


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.