19 may (Cenublu.az) – Lənkəranın Kənarmeşə kənd məktəbi qəzalı haldadır. Sakinlər bildiriblər ki, 3 il öncə məktəbin bu halı ilə bağlı televiziya kanalları tərəfindən məsələ işıqlandırılsa da, həllini tapmayıb. 

Bildirilib ki, istilik sistemi olmayan bu məktəbin pəncərələrinə ümumiyyətlə toxunmaq olmur: çürümüş taxtalar şüşələri saxlaya bilmir və şüşələr qırılıb tökülür. 

Eyni zamanda məktəbin kanalizasiya sistemi mövcud deyil. Sanitar qovşaq məktəbdə yox, həyətindədir. Və həmin yerin qapısı belə yoxdur. 

Sakinlər aidiyyəti qurumların bu acınacaqlı vəziyyətlə bağlı təcili tədbir görmələrini tələb edirlər.

MEMAR.TODAY saytı mövzu ilə bağlı sosial şəbəkələrdə paylaşılmış görüntüləri oxuculara təqdim edir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.