25 may (MEMAR.TODAY) – Oksford İqtisadi Qlobal Şəhərlər İndeksi şəhər iqtisadiyyatının zəif və güclü tərəfi üzrə araşdırmanın nəticəsi olaraq hər il dünyada 1.000 ədəd şəhərin reytinq cədvəlini tərtib edir. 2025-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhəri 58 pillə irəliləyərək 346-cı yerdə qərarlaşıb.

Şəhərlər iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ekologiya və idarəçilik olmaqla 5 əsas meyar üzrə qiymətləndirilib.

Bakı reytinqdə tutduğu yer ilə yaxın regionda yerləşən Daşkəndi 471-ci yerdə, İrəvanı 483-cü yerdə, Düşənbəni 683-cü yerdə geridə qoyub.

“Oxford Economics” araşdırma institutu bu ilki hesabatında həmçinin şəhərləri təsnif etməyin yeni üsulunu təqdim edib. Arxetiplərinə görə şəhərlər aşağıdakı kimi kateqoriyalaşdırılıb.

1. Nyu-York, London və Paris reytinqin Qlobal lider şəhərləri seçilib.
Bu şəhərlər dünya iqtisadiyyatını idarə edən əsl qlobal şəhərlərdir. Onlar ÜDM-ə görə dünyanın ən böyük şəhərləridir və bir çox korporasiyanın baş qərargahları və universitetləri olan maliyyə və biznes mərkəzləridir.

2. Buenos Ayres, Vankuver və Kuala-Lumpur Regional lider şəhərlər adlandırılıb.
Öz regionunda mühüm və böyük olan bu şəhərlər qlobal səhnədə Qlobal liderlər qədər iqtisadi cəhətdən güclü deyillər. Onlar iqtisadi artım və adambaşına düşən gəlir kimi göstəricilərə görə öz ölkələrini üstələyirlər və qonşu şəhərlərə nisbətən daha çox universitet və biznes aktivliyinə malikdirlər.

3. Praqa, Florensiya və Edinburq isə Mədəni paytaxt seçilən şəhərlər olub.
Onlar əsasən həyat keyfiyyəti yüksək olan kiçik şəhərlərdir. Burada çoxlu mədəniyyət obyektlər var və şəhər sakinlərinin böyük bir hissəsi əcnəbi əsillidir. Bu şəhərlər rahat şəraitinə və təhsil imkanlarına görə həm vətəndaşları, həm də xarici turistləri cəlb edirlər.

4. Ən Dayanıqlı üç şəhər: Stokholm, Nassau və Oklend.
Bunlar dayanıqlı böyüməyə üstünlük verən və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağa və onları yumşaltmağa diqqət yetirən şəhərlərdir. Onlar aşağı emissiya intensivliyinə malikdirlər və iqlim məqsədlərinə dəstək vermək üçün siyasi sabitliklə təmiz enerji keçidinə diqqət yetirirlər.

5. Sənaye mərkəzləri seçilən şəhərlər sırasında Dammam, Pert və Volfsburq şəhərləri yer alıb.
Böyüməyə təkan vermək üçün hasilatdan və ya istehsaldan asılı olan şəhərlər. Onlar aşağı iqtisadi müxtəlifliyə malik olurlar və əsas sənayelərinin təbiətinə görə qeyri-sabit artım yaşayırlar. Bu şəhərlərdə çox vaxt yüksək emissiya intensivliyi olur.

6. Osaka-Kyoto, Turin və Busan şəhərləri Miras şəhərlər adlandırılıb.
Yaşlanan (və azalan) əhalinin demoqrafik problemi ilə üzləşən şəhərlər. Nəticədə, ÜDM-in artımı yavaşlayır və ya durğunlaşır. Bununla mübarizə üçün immiqrantları cəlb etməyə çalışırlar amma çox çətinlik çəkirlər. Bu da xaricdən gələn sakinlərin sayının yerli əhaliyə nisbətən az olmasına gətirib çıxarır.

7. İnkişafda olan meqaşəhərlər kateqoriyasına Laqos, Qahirə və Dəkkə şəhərləri daxil edilib.
Onlar inkişaf etməkdə olan dünyada çox böyük şəhər əraziləridir (10 milyondan çox sakin). Şəhərin infrastruktur investisiyaları çox vaxt artan əhali ilə ayaqlaşmaqda çətinlik çəkir və adambaşına düşən gəlir səviyyəsi aşağıdır.

8. Benqaluru, Hoşimin və Davao şəhərləri üçün Önə çıxan şəhərlər kateqoriyası yaradılıb.
Bunlar inkişaf etməkdə olan dünyanın öz ölkələrini üstələyən şəhərləridir. Sürətli məhsuldarlıq artımı və bütövlükdə ölkələrindən daha yüksək adambaşı gəlir səviyyəsinə görə sakinləri cəlb edirlər

Bu şəhərlərin tək ortaq cəhəti dünyada hələ də davam edən gəlir bərabərsizliyi və yüksək mənzil xərcləri kimi məsələlərlə mübarizə içində olmalarıdır.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.