• Mayın 27-də “Yaşıl Nəqliyyat Biznesi: İmkanlar və Perspektivlər” mövzusunda təşkil olunan ictimai müzakirə
  • Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev

27 may (MEMAR.TODAY) – Bakıda yük maşınlarının avtobus zolaqlarında sürülməsinə icazə verilməsi təklif olunub. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev mayın 27-də “Yaşıl Nəqliyyat Biznesi: İmkanlar və Perspektivlər” mövzusunda təşkil olunan ictimai müzakirədə bu təkliflə çıxış edib.

Tədbir “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Yer Üstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə keçirilib.

Müzakirələr zamanı yaşıl nəqliyyat sahəsində infrastrukturun qurulması, ekoloji həllərin tətbiqi və tikinti sektorunun bu prosesdəki rolu mövzusunda fikir mübadiləsi aparılıb. Ramiz İsayev çıxış edərək yük avtomobillərinin müəyyən şərtlərlə avtobus zolaqlarında birlikdə hərəkət edə bilməsini təklif edib.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.