27 may (Trend) – Bu gün “Bakı KOB evi”ndə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilən müzakirədə Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov respublika üzrə dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinin və quraşdırılmış elektrik doldurma cihazının sayı haqqında statistik məlumatlar verib.
Müxbir: Sadiq Cavadov
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov tədbirdə çıxış edərək bildirib ki, 2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik mühərrikli və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb.
O qeyd edib ki, respublika üzrə dövlət qeydiyyatında olan ümumi nəqliyyat vasitələrinin 1 909 873 ədəddir.
“Onlardan elektrik mühərrikli 6974, hibrid mühərrikli isə 83 351 ədəddir. Bakı şəhərində dövlət qeydiyyatdan olan ümumi nəqliyyat vasitələrinin sayı 804 223 ədəddir. Elektrik mühərrikli 5 812, hibrid mühərrikli 57 530 ədəddir”, – nazir müavini əlavə edib.
Onun sözlərinə görə, 2023-cü illə müqayisədə respublika üzrə 291 məntəqədə 608 ədəd elektrik doldurma cihazı quraşdırılıb.
“Onlardan 160 məntəqə üzrə 426-sı Bakı şəhərində, 17 məntəqə üzrə 17-si Qarabağda, 2 məntəqə üzrə 4-ü Şərqi Zəngəzurda, 101 məntəqə üzrə 161-i digər ərazilərdədir.
Həmin cihazlardan 46 məntəqə üzrə 130-u “Azərişıq” ASC-də, 245 məntəqə üzrə 478-i isə digər fiziki və hüquqi şəxslərə məxsusdur”, – o bildirib.
Qeyd edək ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə təşkil olunub.
Bu haqda nə düşünürsən?