27 may (Trend) – Bu gün “Bakı KOB evi”ndə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilən müzakirədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev Bakıda mikromobillik zolaqlarının çəkilməsi vaxtı tez-tez üzə çıxan maneələr barəsində danışıb və sərnişin daşımalarına avtobus zolaqlarının təsiri haqqında məlumat verib.
Müxbir: Sadiq Cavadov
Onun sözlərinə görə, bu il ərzində özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın əlavə ekoloji təmiz avtobusların alınıb Bakıda istismara verilməsi nəzərdə tutulur.
“Bununla yanaşı, Bakı şəhərində avtobus zolaqları şəbəkəsi genişləndirilmişdir. Optimallaşdırılmış avtobus marşutu şəbəkəsinin tətbiqi həyata keçilir. Təsadüfi deyil ki, görülən işlərin nəticəsi olaraq Bakı şəhərində 2023-cü illə müqayisədə avtobuslarla sərnişin daşımalarında 6% artım qeydə alınıb. Bu da təxminən 30 milyon sərinişinin əlavə olaraq daşınması deməkdir. Avtobusların sayının artılması nəticəsində bir avtobusla gün ərzində daşınan sərnişinlərin sayı 2023-cü ildə 630 nəfər idisə, bu göstərici 2024-cü ildə 620 nəfər, 2025-ci ildə isə 560 nəfər olmuşdur. Bu, onun göstəricisidir ki, şəhərdə kifayət qədər avtobus var”, – sədr
O vurğulayıb ki, zolaqlar təşkil edilərkən nəqliyyat vasitələrinin parklanmasına da xüsusi diqqət ayrılıb: “Belə ki, mikroobillik zolaqların təşkil edildiyi, 8 küçəsi və prospekt sahibkarların maraqları nəzərə alınaraq, əvvəlcədən mövcud olan parklanma məntəqələri saxlanıb.
Bəzi hallarda, bəzi güçlərəmizdə imkan olub ki, həm parklanmanı saxlaya bilək, həm mikromobillik zolağını da tətbiq edək. Bu hallarda biz seçimlər etməyə məcbur olmuşuq ki, mikroobillik zolağını parklanmadan sonraya salaq. Ancaq məsələn, Xəqani küçəsində bəzi hallarda deyirlər ki, parklanma küçənin ortasındadır. Əslində, elə deyil. Biz mikromobillik zolağını avtomobillərdən sonra yerləşdirdik ki, parklanmış avtomobil mikromobil nəqliyyat vasitəsi istifadəçisinin hərəkətinə maneə yaratmasın. Əksinə etsəydik, burada ciddi bir konfliktlər yaranacaqdı”.
Bu haqda nə düşünürsən?