27 may (Trend) – Bu gün “Bakı KOB evi”ndə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilən müzakirədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev Bakıda nəqliyyat sıxlığının yüngülləşdirilməsi istiqamətində son 8 ayda aparılan islahatların nəticələri haqqında statistik məlumatlar verib.

Müxbir: Sadiq Cavadov

Agentliyinin sədri edərək bildirib ki, mikromobil nəqliyyat vasitələri üzrə 2024-cü ilin sentyabrından bu ilin aprelinədək 1,4 milyon sifariş qəbul edilib və icra edilib.

O qeyd edib ki, bu səfərlərin böyük hissəsi seherin mərkəzində həyata keçirilir. 770 min nəfər mikromobillik vasitələrindən istifadə edib:

“Səfərlərin 70 faizi 3 km məsafəyə qədər olan hissələri əhatə edir. Bakıda velosipedlərin sayı beynəlxalq təcrübədən daha yüksəkdir. Əlavə sifarişlər də veriləcək”.

A.Rzayevin sözlərinə görə ötən ilin sentyabrından bu ilin aprel ayınadək “Apar” xidməti çərçivəsində velosipedlərin istifadəsi üzrə 164 min sifariş qəbul edilmiş və 455 min kilometr məsafə qət edilmişdir.

O bildirib ki, bu, Bakı şəhərinin mərkəzində qət edilmiş məsafələrdir: “İslahatlara başlama ərəfəsində taksi ilə 3 kilometrədək edilən səfərlərin payı 40% təşkil edirdi. Məlumat üçün bildirim ki, Bakı şəhərində biz islahatlara başlayanda bir gün ərzində taksi səfərlərin sayı 600 mindən çox idi. Bu fantastik bir rəqəm idi. O səfərlərin 240 mini Bakının mərkəzində baş verirdi. Amma hal-hazırda bu göstərici 12-13%-ə qədər enmişdir. Yəni Bakı şəhərinin mərkəzində 0-3 kilometr məsafədə taksi yürüyüşləri ümumi taksi səfərlərinin sayının cəmi 12-13%-ni təşkil edir”.

Qeyd edək ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə təşkil olunub.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.