28 may (MEMAR.TODAY) – Bugün ictimai fəal, memar Abdul Hüseynov öz sosial şəbəkə hesabından evin divarındakı rəngi solmuş bayraq təsviri ilə bağlı müraciət ünvanlayıb. MEMAR.TODAY müraciəti olduğu kimi oxuculara təqdim edir.

Gözləyirdim ki, Müstəqillik gününə qədər rayon rəhbərliyi nəhayət ki, divardakı bayrağın belə formada təsviri ilə bağlı bu qanun pozuntusunu aradan qaldıracaq, amma yox, möcüzə baş vermədi…

Söhbət Yasamal rayonu M.Muxtarov və S.Əsgərova küçələrinin kəsişməsindəki evin divarında təsvir olunan bayraqdan gedir.

Bayraq divarda elə təsvir edilməməlidir, bu azmış kimi, altında – Epilyasiyada yazılıb. Belə binaların üzərinə bayraq təsvir etmək qanunla nəzərdə tutulmayıb. Bu, artıq dövlətin simvollarından biri kimi bayrağın təhqiridir. Pəncərəli və boyası soyulan divarda bayrağın belə formada təsvir edilməsi yolverilməzdir – bu, artıq qanun pozuntusudur. Bayrağın harada təsvir oluna biləcəyinə yalnız dövlət qurumu icazə verə bilər.

Aşağıda bəzi materialları əlavə edirəm – “Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə qaydaları haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU. Bakı, 8 iyun 2004-cü il, No 683-IIQ


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.