30 may (MEMAR.TODAY) – BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının İkinci Sessiyası çərçivəsində “Hər kəs üçün layiqli mənzil” mövzusunda keçirilən yüksək səviyyəli dialoqda Azərbaycan UN-Habitat-ın 2026–2029-cu illər üzrə Strateji Planına dəstəyini təsdiqlədi.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Qeyd olundu ki, mənzil siyasəti Azərbaycanın milli inkişaf gündəliyində duran əsas prioritetdir. Ölkəmiz mənzil tikintisi və yenilənməsi ilə bağlı kompleks təşəbbüsləri fəal şəkildə həyata keçirir.
WUF13 çərçivəsində Azərbaycan ev sahibi kimi təhlükəsiz və davamlı şəhərlərin qurulması, hər kəs üçün mənzil təminatı sahəsində strateji addımların təşviqi məqsədilə üzv dövlətlərin və tərəfdaşların səylərini birləşdirəcək.
Beynəlxalq sənədlə (ingiliscə) buradan tanış ola bilərsiniz.
UN-Habitat Strategic Plan for the period 2026-2029
Bu haqda nə düşünürsən?