7 iyun (MEMAR.TODAY) – 30 may 2025-ci il tarixində Azərbaycan Memarlar İttifaqının binasında “Dayanıqlı memarlıq” mövzusuna həsr olunmuş tədbir keçirilib.

İttifaqdan bildirilib ki, tədbirin əsas məqsədi müasir memarlıqda ekoloji məsuliyyət, ağıllı texnologiyalar və davamlı tikinti prinsiplərinin önəmini vurğulamaq idi.

Məlumata görə tədbirin moderatoru “Dayanıqlı Memarlıq” üzrə yaradıcılıq komissiyasının sədri Fəxrəddin Verdiyev olub. O, giriş nitqində dayanıqlı memarlığın memarların qarşısında qoyduğu yeni çağırışlardan və bu sahədə qlobal tendensiyalardan bəhs edilib.

Diskussiya zamanı iştirakçılar “Ağıllı ev” konsepsiyası, enerji effektivliyi, müasir tikinti materialları, eləcə də ekoloji yanaşmaların şəhərsalmaya təsiri kimi mövzuları ətraflı şəkildə müzakirə ediblər. Peşəkar memarlar, gənc tədqiqatçılar fikir və təcrübələrini bölüşərək aktual problemlər və perspektivlər ətrafında geniş fikir mübadiləsi aparıblar.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.