7 iyun (MEMAR.TODAY) – Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın növbəti iclası keçirilib. İyunun 5-də keçirilən iclasda Elmi Şura üzvləri tərəfindən universitetin iki əməkdaşına “AzMİU-nun fəxri professoru” elmi adı verilib.

İclasa universitetin rektoru professor Gülçöhrə Məmmədova sədrlik edib. Şura sədri iclas iştirakçılarını salamlayaraq gündəlikdə yer alan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

İclasın əvvəlində görkəmli alim, İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyevin 90 illik yubileyi münasibətilə universitet kollektivinin təbriki səsləndirilib. Şura üzvləri tərəfindən alimin elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verilib, onun Azərbaycan elminə və ali təhsil sisteminə verdiyi töhfələr xüsusi vurğulanıb.

Daha sonra universitetin dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədə geniş məlumat təqdim olunub. Mövzu ilə bağlı çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev son illərdə bu sahədə görülmüş işlər, reallaşdırılan layihələr və əldə olunmuş nəticələr istiqamətində  auditoriyanı məlumatlandırıb. 

İclasda, eyni zamanda universitetin Təcrübə və karyera mərkəzinin fəaliyyətinin müasir tələblər fonunda daha da təkmilləşdirilməsi məsələsi ətrafında təqdimat dinlənilib.  Məsələ üzrə çıxış edən Təcrübə və karyera mərkəzinin müdiri Xanlar Qəniyev mərkəzin fəaliyyətində nəzərdə tutulan yeniliklər, əmək bazarının çağırışlarına uyğun kadr hazırlığı yönümündə planlaşdırılan tədbirlər ətrafında əhatəli informasiyalar verib.

Təqdimatlardan sonra gündəlikdəki cari məsələlərə keçilib. Müzakirələr zamanı Elmi Şura üzvləri tərəfindən universitetin iki əməkdaşına – Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının dosenti Sahib Fərzəliyevə, Tərsimi həndəsə və mühəndis qrafikası kafedrasının dosenti Sabir Məmmədova “AzMİU-nun fəxri professoru” elmi adı verilməsi ilə bağlı vəsatətə baxılıb və bu barədə müvafiq qərar qəbul edilib.

İclasın sonunda universitetin elmi və pedaqoji fəaliyyəti ilə bağlı digər aktual məsələlər də müzakirəyə çıxarılıb, müvafiq tövsiyə və qərarlar qəbul edilib.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.