8 iyun (MEMAR.TODAY) – Kompleks Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64/72 ünvanında yerləşir. Sifarişçisi “Gilan Holdinq” MMC (indi “”Xəzri Solutions” MMC) olan obyektin layihəsi 2007-ci ildə Cənubi Koreyanın “Heerim” memarlıq şirkəti tərəfindən hazırlanıb. Layihənin dəyəri təxminən 1,5 milyard ABŞ dolları təşkil edir.

LAYİHƏ DƏYİŞİB

Layihə Heerim tərəfindən hazırlanmış “Baku Bay Master Plan” ideyasının tərkib hissəsi olub. 5 göydələndən ibarət “The Caspian Plus” kompleks layihəsi dəyişdirilərək 3 göydələndən – otel “Crescent Hotel”, biznes mərkəzi (“Crescent City”) və ticarət və əyləncə mərkəzindən (“Crescent Place”) ibarət olan “The Crescent Development Project” adlandırılıb.

TİKİNTİ İŞLƏRİ UZANIB

Tikinti işləri 2013-cü ilin Mart ayından başlanılıb. Katlavan işləri podratçı ABŞ şirkəti “AECOM”un nəzarəti altında “Gilan”a aid Lotos Co. LTD şirkəti tərəfindən görülüb. Göydələnlərin tikintisinə Türkiyənin “İlk İnşaat Taah. San. ve Tic. A.Ş” şirkəti başlasa da 2017-ci ildə yaranmış fasilədən sonra kompleksin tikintisi “Gilan Construction” tərəfindən davam etdirilib.

İCAZƏSİZ TİKİLİB?

Layihə ilə bağlı ziddiyətli məqamlardan biri onun icazəsiz tikilməsi ilə bağlıdır. Belə ki, təməli 2013-cü ilin avqust ayında atılan kompleksin tikintisinə rəsmi icazə 6 il sonra – 26 iyul 2019-cu il tarixində verilib.

Nazirlər Kabineti tərəfindən verilən icazədə Bakı şəhəri Neftçilər prospekti, 64/72 ünvanında 2,19 kektar ərazidə “Aypara sarayı və şəhərciyi” Kompleksi 41 mərtəbəli (43 201 kv. m.) ofis binası, 6 mərtəbəli alış-veriş mərkəzi, 32 mərtəbəli yaşayış binası və 29 mərtəbəli oteldən ibarətdir.

Başqa bir ziddiyət isə Bakı şəhərinin inzibati ərazisində yerləşən tikinti obyektlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verməli olduğu halda bu ixtiyarı sifarişçiyə Nazirlər Kabineti verib.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.