Son yenilənmə tarixi: 01.08.2025
🚀[Missiya]
2023-cü ilin aprel ayından ictimai əsaslarla fəaliyyətə başlayan MEMAR.today saytının başlıca missiyası Azərbaycanın inşaat sektorunda bugün gedən tendensiyanın ümumi mənzərəsini əks etdirib gələcək inkişafına işıq tutmaqdır.
💡[Əsas özəllik]
Günümüzün problemi olan informasiya kirliliyinə qarşı bu sayt oxucularına bəzən Azərbaycan gündəminin önündə gedən, bəzən də kölgədə qalan sektora aid bir sıra vacib hadisələrdən xəbər tutmaq imkanı verir.
🔑 [İstifadə]
Xəbərləri oxumaq tamamilə pulsuzdur. Bunun üçün sayta daxil olmaq kifayətdir. Burada yeni paylaşılan hər bir xəbər saytın “Instagram”, “Facebook”, və “Whatsapp” hesablarında elan olunur. Sayta abunə olan oxucular isə xəbərlər dərc olunduğu anda e-mail vasitəsilə məlumat alır. Bundan başqa abunəçilər saytda dərc olunan həftəlik icmalları və bloq yazıları oxumaq imkanı əldə edir. Ona görə oxucularımıza saytın bütün funksiyalarından yararlanmaq üçün abunə olmağı tövsiyə edirik.
İstifadə şərtləri ilə buradan tanış olun.
Məxfilik siyasəti ilə buradan tanış olun.
💌 [Əlaqə]
Təklif və iradlarınızı sosial şəbəkə hesablarındakı mesaj qutusuna və ya info@memar.today elektron ünvanına yazıb göndərin.