Xınalığa aid layihə hazırda nəzərdə tutulan 22 layihədən biridir. Digər 21 obyekt üzrə də işlər görülür ki, onların arasında icra, layihələndirmə, ekspertiza və tender mərhələsində olan işlər var. Şəkidə hazırda ikinci mərhələnin tamamlama işləri gedir və bu yaxınlarda onu təhvil verməyə hazırlaşırıq.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov söyləyib.

O bildirib ki, Agentliyin Qarabağda da layihələri var: “Ümumilikdə həyata keçirilən layihələrə muzeylər, inzibati binalar, turizm infrastruktur layihələri daxildir. Yəni, spesifika qarışıqdır. Tuğda biz turizm infrastrukturu inşa edirik, amma Şəkidə muzey və yaxud şəbəkə emalatxanası yenidən bərpa olunur”.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.