Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarı keçirilib.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, institutdan verilən məlumata görə müəssisənin rəhbəri professor Zakir Eminovun sədrliyi ilə keçən seminarda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov “Volqa çayının hidroloji rejimində baş verən dəyişikliklər və onların Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, 1938-ci ildən 2020-ci ilə qədər Volqa çayında baş verən hidroloji dəyişiklikləri və onların Xəzər dənizinin səviyyəsinə təsirlərini araşdıran tədqiqatçılar Volqa çayının yüksək axını ilə onun hövzəsində artan atmosfer yağıntıları arasında korrelyasiya olduğunu aşkar ediblər. Bununla belə, son illərdə (2005-2020-ci illər) “Verxneye Lebyazhie” hidroloji stansiyasında qlobal temperatur anomaliyalarını üstələyən iqlim istiləşməsi ilə əlaqədar axın əmsalının əhəmiyyətli dərəcədə azalması müşahidə edilib. Bu istiləşmənin çay axınına və dəniz səviyyəsinə təsiri ölçülüb və nəticədə 1977-ci ildən 2020-ci ilə qədər dəniz səviyyəsində 133 santimetr azalma müşahidə edilib.

Məruzəçi qeyd edib ki, tarixən Xəzər dənizinin səviyyəsinin dəyişməsi 2005-ci ilə qədər Volqa çayının axınındakı dalğalanmaları əks etdirsə də, 2006-cı ildən dəniz səviyyəsi çay axınının dəyişməsindən asılı olaraq nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Tədqiqatlar göstərir ki, Xəzər dənizi üzərində səthin buxarlanmasına təsir edən külək xüsusiyyətlərinin dəyişməsi son illərdə dəniz səviyyəsinin belə sürətlə azalmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.