2026-cı il 1–3 iyun tarixlərində Baku Energy Week və TransLogistica Caspian Bakıda keçiriləcək. Tədbirlər Azərbaycanın enerji, nəqliyyat və logistika sahəsində beynəlxalq mövqeyini gücləndirməyə yönəlib.

Bakı Enerji Həftəsi üç əsas tədbiri birləşdirir:
Caspian Oil and Gas
Caspian Power
Baku Energy Forum

Sərgilər Bakı Ekspo Mərkəzində, forum isə Bakı Konqres Mərkəzində təşkil olunacaq.

Bu il tədbirdə 44 ölkədən 274 şirkət iştirak edəcək. Almaniya və Rusiya milli pavilyonlarla təmsil olunacaq. İştirakçıların 35 faizi yeni şirkətlərdir. Xarici şirkətlər ümumi iştirakın təxminən 60 faizini təşkil edir.

Enerji sərgilərində aşağıdakı sahələr təqdim olunacaq:
neft və qaz hasilatı və nəqli,
təmiz və yaşıl enerji,
süni intellekt və innovativ texnologiyalar,
dekarbonizasiya,
Günəş və külək enerjisi,
elektrik nəqliyyat vasitələri,
enerji qənaət texnologiyaları.

Forum çərçivəsində:
panel müzakirələri,
B2B və B2G görüşləri,
memorandumların imzalanması,
enerji təhlükəsizliyi və yaşıl keçid mövzuları üzrə sessiyalar keçiriləcək.

İlk dəfə olaraq tədbir məkanlarında “AI RoboCafe” fəaliyyət göstərəcək. Həmçinin inklüziv cəmiyyət üzvlərinin rəsmlərindən ibarət sərgi və xeyriyyə hərracı təşkil olunacaq.

TransLogistica Caspian isə Azərbaycanın Avrasiyanın əsas logistika və tranzit mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirəcək. Sərgidə müxtəlif ölkələrdən nəqliyyat və logistika şirkətləri iştirak edəcək, yeni əməkdaşlıqlar və infrastruktur layihələri müzakirə olunacaq.

3 iyunda TransLogistica Caspian Forum keçiriləcək. Forum beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri üzrə əsas müzakirə platforması olacaq.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.