Genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın.
28 may 2026 (MEMAR.today) – Prezident İlham Əliyev bu fikri 25 may 2026 tarixində baş tutan kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında səsləndirib.
Ölkə başçısı kəndlə şəhər arasındakı fərqlərin azaldılmalı olduğunu vurğulayıb. O, hər il qəbul edilmiş Regional İnkişaf Proqramını xatırladıb. Bölgələrin əkin, biçin və turizm imkanlarını qeyd edən prezident deyib ki, bu proqramların məqsədi insanların orada yaşamalarını, qalmalarını, öz dədə-baba torpaqlarında çalışmalarını və ənənəvi fəaliyyətlə məşğul olmalarını təmin etməkdir.
Bu haqda nə düşünürsən?