• Laçın kanat yolunun təməli qoyuldu

27 may (MEMAR.TODAY) – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Kanat yolu turizm məqsədilə inşa ediləcək.

Laçın kanat yolunun 3D şəkilləri təqdim olundu

Məlumatda bildirilib ki, Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Qeyd olunub ki, kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

“Laçında kanat yolunun təməli qoyuldu” üçün bir cavab

  1. Laçın kanat yolunun 3D şəkilləri təqdim olundu – MEMAR.TODAY Avatar

    […] edək ki, Laçın kanat yolunun təməli mayın 27-də Prezidenti İlham Əliyev tərəfindən […]

    Bəyən

Laçın kanat yolunun 3D şəkilləri təqdim olundu – MEMAR.TODAY üçün bir cavab yazın Cavabı ləğv et

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.