Sentyabrın 9-u “HabitatLab” konsaltinq şirkətinin icraçı direktoru və həmtəsisçisi Qumru Mirzəliyeva Cənubi Qafqazda ənənəvi memarlıq nümunələri mövzusunda vebinarda spiker kimi iştirak edərək Şəki, Basqal və Xınalığın dayanıqlı memarlığından, tarixi və quruluşundan bəhs edib.
MEMAR.today saytına şirkətdən verilmiş məlumata görə, “Caucasus Traditional Building Revival” adlı vebinar Gürcüstan İncəsənət və Mədəniyyət Mərkəzi və Zaman ilə Qafqaz Şəbəkəsi (CTTN) tərəfindən təşkil olunub. Vebinarda həmçinin Erlangen-Nüremberg Universitetinin professoru Dr. Stefan Applis və Lyon Milli Memarlıq Məktəbinin professoru Suzanne Monnot iştirak ediblər.
Vebinarın əsas məqsədi Cənubi Qafqazda dayanıqlı materialların istifadəsinə diqqət yetirməklə ənənəvi memarlıq sahəsində tamamlanmış və hələ də davam edən layihələri nümayiş etmək olub. Onlayn görüşdə spikerlər öz araşdırığı tədqiqat obyektindən nümunə gətirərək Ermənistan, Gürcüstan və Azərbaycanın zəngin ənənəvi memarlıq irsinə aid fikirlərini paylaşıblar.
Daha sonra sual-cavab sessiyasında Qumru Mirzəliyeva xarici nümayəndələr üçün Azərbaycanın tarixi memarlığına dair maraqlı olan məqamlara aydınlıq gətirib.
Bu haqda nə düşünürsən?