Bakı şəhərində hazırda 2100 avtobus var.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

“Bu rəqəm heç olmasa 2800 olmalıdır ki, xidmət göstərən avtobus 2500 olsun. Yaxın zamanda paytaxta 160 elektrik avtobus gətiriləcək. Bu da çox kömək olacaq”, – deyə o qeyd edib.

İdarə Heyətinin sədri əlavə edib ki, metronun “Gənclik” stansiyasının yanında üç taksi dayanacağı qurulur: “Artıq duracaqların nəzərdə tutulduğu yerlərdə işlərə başlanılıb”.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.